Ucarda zəncirvari qəza, yaralılar var - Fotolar

ucarda-zencirvari-qeza-yaralilar-var
Oxunma sayı: 1998

Bakı-Qazax magistralında zəncirvari qəza baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Asif Rais oğlu Məmmədovun idarə etdiyi traktor, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cavid oğlu Qurbanlının idarə etdiyi “Mercedes”, Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Rizvan Səttar oğlu Nəsirovun idarə etdiyi “Ford” və Qazax rayon sakini, 1969-cu il təvəllüdlü İsmayıl Süleymanovun idarə etdiyi “Ford tranzit” markalı maşın toqquşub.

Nəticədə traktorda olan sərnişin, 1967-ci il təvəllüdlü Rais Əsurət oğlu Məmmədov, “Mercedes”in sürücüsü C. Qurbanlı və sərnişinləri - Quba rayon sakini, 1995-ci il təvəllüdlü İxtiyar Bəxtiyar oğlu Abdullayev və Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü İlkin Ceyhun oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.