UEFA “Fənərbaxça”ya cəza verdi

uefa-fenerbaxcaya-ceza-verdi
Oxunma sayı: 3818

UEFA Türkiyə Superliqasının “Fənərbaxça” klubunu cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

 “Yunion Sent-Julliaz”la səfər matçında yanan məşəl və meydançaya atılan əşyalar səbəbilə “sarı-göylər”in azarkeşlərini 3 səfər matçından məhrum etdiyini bildirilib.
O da qeyd olunub ki, “Fənərbaxça” Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına kimi uzanacaq.

Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində “Fənərbaxça” Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Cütün ilk oyunu aprelin 11-də səfərdə, cavab görüşü isə aprelin 18-də İstanbulda keçiriləcək.