UEFA-nın sorğusu azarkeşlər arasında mübahisə yaratdı - Fotolar

uefa-nin-sorgusu-azarkesler-arasinda-mubahise-yaratdi
Oxunma sayı: 2192

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının rəsmi səhifəsi Azərbaycan millisinin üzvü Mahir Emreli və Türkiyə yığmasının yarımmüdafiəçisi Kərəm Aktürkoğlu barədə soğru yerləşdirib. “Qafqazinfo” xəbər verir ki, sorğu hansı futbolçunun güclü olması barədə aparılır.

Lakin bu azarkeşlər arasında mübahisə yaradıb. Türkiyəli azarkeşlərlə azərbaycanlı tərəfdarlar iki futbolçunun müqayisəsi üzərində mübahisə ediblər.

Bəzi qardaş ölkənin futbol tərəfdarları isə UEFA-nın bu sorğusuna etiraz ediblər. Onlar Kərəmin Mahirlə müqayisə edilməsini yersiz sayıblar.

Hər iki tərəfdən olan azarkeşlərin bir qismi isə hər iki futbolçunun güclü olduğunu, türk olduqları üçün hər ikisinə dəstək vermək lazım olduqları şərhlərini yazıblar.