Ukrayna Kirkorovu axtarışa verdi

ukrayna-kirkorovu-axtarisa-verdi
Oxunma sayı: 624

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı müğənni Filipp Kirkorovu axtarışa verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, müğənninin adı hələ oktyabrın 30-da qurumun məlumat bazasına daxil edilsə də, məsələ ictimaiyyətə bu gün açıqlanıb.

UTX F.Kirkorovu ölkənin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin ərazisinə giriş və çıxış qaydalarını pozmaqda ittiham edib.

58 yaşlı sənətçinin bu addımı Ukraynanın milli maraqlarına zərər vurma kimi qəbul edilib. 

Qeyd edək ki, oktyabrın 28-də Ukrayna Baş Prokurorluğu Filipp Kirkorova qarşı qiyabi ittiham irəli sürüldüyünü açıqlamışdı.