Ukrayna MDB ilə imzalanmış daha iki müqavilədən çəkildi

ukrayna-mdb-ile-imzalanmis-daha-iki-muqavileden-cekildi
Oxunma sayı: 1466

Ukrayna MDB ilə imzalanmış daha iki müqavilədən çəkilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, mülki və hərbi məqsədlə hava məkanının istifadəsi sahəsindəki müqavilələrdir.

Ukrayna Prezident Administrasiyası hər iki qərarın Prezident Vladimir Zelenski tərəfindən təsdiqləndiyini açıqlayıb.

Qeyd olunub ki, bunlardan biri 1991-ci ildə Minskdə, digəri isə 1992-ci ildə Daşkənddə imzalanıb.

Xatırladaq ki, fevralın 17-də Ukrayna MDB çərçivəsində dövlətlərarası poçt və elektron rabitə sahəsindəki müqavilədən də çəkilmişdi.