“Ukrayna “Titanik” deyil ki, qaçmaq lazım olsun” - Zelenski

ukrayna-titanik-deyil-ki-qacmaq-lazim-olsun
Oxunma sayı: 2195

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin səfirliklərinin əməkdaşlarının Ukraynadan təxliyə edilməsini səhv addım adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, indiki şəraitdə vacib olmayan kadr yoxdur. 

“Diplomatların təxliyəsi çox vacib siqnaldır. Hamı buna baxır - bu və ya digər Aİ ölkəsi, Böyük Britaniya və ya ABŞ necə reaksiya verəcək?. Hesab edirəm ki, səfirliyin əməkdaşları burada qalmalıdırlar. Onlar kapitandırlar, diplomatik korpusun kapitanları, hörmətli ölkələrin nümayəndələri və kapitanlar gəmini sonuncu tərk etməlidirlər”, - deyə Zelenski bildirib. 

O, daha sonra sözlərinə əlavə edib: “Ukrayna "Titanik" deyil ki, qaçmaq lazım olsun”.