Ukrayna vətəndaşı olan qadın əri tərəfindən bıçaqlandı - Fotolar

ukrayna-vetendasi-olan-qadin-eri-terefinden-bicaqlandi
Oxunma sayı: 3701

“Ukrayna vətəndaşı olan qadın əri tərəfindən 5 bıçaq zərbəsi alaraq ağır yaralanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, azərbaycanlı həyat yoldaşı tərəfindən bıçaqlanan həmin qadın müalicə aldığı xəstəxanadan sığınacağa yerləşdirilib:

“Dəfələrlə şiddətli döyülən xanım sonuncu dəfə ölümlə üz-üzə qalıb. Artıq həyatını itirəcəyini düşünən xanımın köməyinə qonşular gəlib. Son anda qonşuların müdaxiləsi nəticəsində qadın yaralı vəziyyətdə qaça bilib. İşin pis tərəfi isə hadisəni törədən şəxsin hələ də azadlıqda olmasıdır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətindən bildirildi ki, fakt Abşeron RPİ-nin İstintaq Şöbəsində nəzarətə götürülüb, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: 

“Zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”.