Ukraynada 600-dən çox kriminal avtoritetə və qanuni oğruya sanksiya qoyuldu

Ukraynada 600-dən çox kriminal avtoritetə və qanuni oğruya sanksiya qoyuldu
Oxunma sayı: 3385

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 111 əcnəbi kriminal avtoritetə və 557 qanuni oğruya qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclası bitdi. İclasda ölkə üçün əhəmiyyətli qərarlar alındı. Bu qərarlar, yəqin ki, illərdir xalqın və qanunların əleyhinə fəaliyyət göstərən şəxslər üçün “infarkt” effekti verəcək”, - deyə Zelenski qeyd edib.

Prezident sanksiya tətbiq olunanların adlarını açıqlamayıb. Məhdudiyyətlər siyahısında aktivlərin bloklanması, Ukraynaya girişin qadağan edilməsi, vizaların verilməsindən imtina və ya ləğv edilməsi yer alır. Bundan əlavə, sanksiya tədbirləri arasında müvəqqəti və ya daimi yaşayış icazəsinin, immiqrasiya icazələrinin rədd edilməsi və ya ləğvi, vətəndaşlıq ala bilməmək və ölkədən məcburi çıxarılmaq da var.