Ukraynada raket zərbələrindən sonrakı vəziyyət

ukraynada-raket-zerbelerinden-sonraki-veziyyet
Oxunma sayı: 3885

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə raket zərbələri endirib.

“Qafqazinfo” Ukraynanın Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, zərbə nəticəsində ölən və yaralananların sayı artıb.

Bildirilib ki, ölənlərin sayı 37-ə, yaralıların sayı isə 170 nəfərə çatıb. Qeyd edək ki, hadisə ilə əlaqədar paytaxt Kiyevdə iyulun 9-u matəm elan olunub.