“Ukraynadakı münaqişəni bir günə həll edərəm”

ukraynadaki-munaqiseni-bir-gune-hell-ederem
Oxunma sayı: 2745

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyini vəd edib. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb. 

Onun sözlərinə görə, prezident seçkilərində qələbə qazandığı məlum olan kimi Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenskiyə zəng edəcək: “Mən onlara deyəcəyəm: “Biz görüşməliyik”. Bu məsələni həll edə biləcəyimə zəmanət verirəm. Biz 24 saat ərzində saziş imzalayacağıq”.