Ukraynanın dövlət qurumlarının saytlarına kiber hücum olub

ukraynanin-dovlet-qurumlarinin-saytlarina-kiber-hucum-olub
Oxunma sayı: 802

Bu gecə Ukraynanın dövlət qurumlarının saytlarına kütləvi haker hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “112 Ukrayna” telekanalı yayıb.

Bildirilir ki, hazırda Nazirlər Kabinetinin, İcmaların və Ərazilərin İnkişafı Nazirliyinin, İdman Nazirliyinin, Energetika Nazirliyinin, Təhsil Nazirliyinin, Aqrar Siyasət Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumların saytları işləmir. 

Həmin saytların üzərində təhdid yazılmış şəkil yerləşdirilib. Qeyd olunur ki, Ukrayna vətəndaşlarının bütün şəxsi məlumatları şəbəkəyə yüklənəcək və yayılacaq.

Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenkonun sözlərinə görə, mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.