“Ukraynanın yeni ərazilərə zərbələrini təcavüz aktı kimi qəbul edəcəyik”

ukraynanin-yeni-erazilere-zerbelerini-tecavuz-akti-kimi-qebul-edeceyik
Oxunma sayı: 2394

“Rusiya Ukrayna tərəfindən ölkənin yeni ərazilərinə edilən zərbələri təcavüz aktı kimi qəbul edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu, təcavüz aktından başqa bir şey olmayacaq.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək. Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.

Bununla yanaşı, V.Putin Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyinin” və “suverenliyinin” tanınmasına dair fərman imzalayıb.