“Ukraynanın yenidən qurulması bütün dünyanın ümumi işidir”

ukraynanin-yeniden-qurulmasi-butun-dunyanin-umumi-isidir
Oxunma sayı: 1377

“Ukraynanın yenidən qurulması bütün dünyanın ortaq işidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsveçrənin Luqano şəhərində keçirilən Ukrayna İnkişaf Konfransına onlayn qoşulan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Avropa öz dəyərlərini müdafiə etməkdə zəif idi və bu, Rusiyanın təcavüzkar mövqeyinə zəmin hazırladı. Müharibə başlayandan bəri 2102 təhsil binamız dağıdılıb. Hətta uşaq bağçalarına da ağır sursatlarla hücum edilib. Bu hücumlar təkcə divarları yıxmır. Bu, eyni zamanda uşaqların sosiallaşdığı və insan olmağı öyrəndiyi təhsil mühitlərini məhv etməkdir”, - Ukrayna Prezidenti bildirib.

Rusiyanın səhiyyə infrastrukturunu da hədəf aldığını bildirən Zelenski, müharibənin başladığı 24 fevraldan bu yana Rusiyanın 799 tibbi infrastruktur obyektini məhv etdiyini qeyd edib.

“Ukrayna dünyanın ən azad ölkələrindən biri olmaqla yanaşı, həm də investisiya üçün ən rahat ölkələrdən biridir. Müharibədən sonra biz öz iqtisadi və sosial problemlərimizi həll etməli, ukraynalılara iş imkanları, köçkünlər üçün isə mənzil təmin etməliyik. Ukraynanın yenidən qurulması bütün dünyanın ümumi işidir”,- deyə Zelenski əlavə edib.