Ülviyyə Könül bu kanala direktor təyin olundu

ulviyye-konul-bu-kanala-direktor-teyin-olundu
Oxunma sayı: 13074

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, bununla bağlı sədr Rövşən Məmmədov əmr imzalayıb. 

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. R. Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ü. Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.