Umerov Cenevrə görüşü haqda məlumat verdi

umerov-cenevre-gorusu-haqda-melumat-verdi
Oxunma sayı: 384

Bu gün Cenevrədə ABŞ və Ukrayna nümayəndələri arasında keçiriləcək ikitərəfli görüş “Ukraynaya iqtisadi dəstək və dirçəliş” mexanizmlərini hazırlamaq və Rusiya ilə danışıqların yeni raunduna hazırlamaq üçün lazımdır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov teleqram kanalında məlumat verib.

Umerovun sözlərinə görə, onun və Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri Devid Araxamiyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşmək üçün yola düşüb.