“Urmiya gölünün qurudulması ciddi xəstəliklər yaradacaq”

urmiya-golunun-qurudulmasi-ciddi-xestelikler-yaradacaq
Oxunma sayı: 1458

“Urmiya gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, göl qurudulduqdan sonra bölgədə ciddi ekoloji problem yaranacaq: “Çünki göl qurudulandan sonra onun yerində böyük duz kütləsi yaranacaq və külək bu duzu ətrafa səpələyəcək. Bu, o bölgədə ciddi ekoloji problem yaratmaqla orada yaşayan 16 milyon azərbaycanlının didərgin düşməsinə səbəb olacaq və əsas məqsəd də azərbaycanlıları didərgin salmaqla onları zəiflətməkdir”.

F.Cəlilovun sözlərinə görə, belə məlumatlar da var ki, Urmiya gölünün altında uran var və İran onu çıxarmaq istəyir.