Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı - Rəsmi

usagi-vuran-terbiyecinin-kimliyi-aciqlandi
Oxunma sayı: 6564

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

“Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi-müəlliməsi, 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.

​Həmçinin oxuyun: Onlar könüllü üzr istəyir ya polis məcbur edir?