ÜST-dən “Lambda” ştammı ilə bağlı - Açıqlama

ust-den-lambda-stammi-ile-bagli
Oxunma sayı: 2653

Alimlərin insanları koronavirusun yoluxma qabiliyyəti yüksək olan “Delta” ştammına qarşı diqqətli olmağa çağırdığı bir vaxtda Latın Amerikasında ortaya çıxan “Lambda” ştammı narahatlıq yaradır.

“Qafqazinfo” xəbər verir ki, bu ştamm qısa müddətdə çox sayda yoluxmaya səbəb olub və artıq 29 ölkədə rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı “Lambda” ştammını “müşahidə altında olanlar” kateqoriyasına daxil edib.

ÜST-ün Virus xəstəlikləri mütəxəssisi Cairo Mendez Riko “Deutche Welle”yə bununla bağlı açıqlama verib:

“İndiyədək “Lambda” ştammının daha aqressiv olduğuna dair bir sübut yoxdur. Daha yüksək infeksion qabiliyyəti ehtimalı olmasına baxmayaraq, “Qamma” və “Delta” ştammları ilə müqayisə etmək üçün hələlik kifayət qədər etibarlı araşdırmalar aparmamışıq”.