Üzü ülgüclə kəsilən səfir müalicədən sonra- - Fotolar

uzu-ulgucle-kesilen-sefir-mualiceden-sonra-
Oxunma sayı: 3444


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippertin ötən həftə ülgüclə hücuma məruz qalıb. Cənubi Koreyalı milliyətçi tərəfindən biləyi və üzü kəsilən Lippert Seulda müalicəsini bitirib. 

Üzünə atılan 80 tikişdən sonra beş gün xəstəxanada yatan səfir mətbuat konfransı təşkil edib. Lippert “açıq və dostcasına” diplomatik yanaşmasını davam etdirəcəyini söyləyib. Lippert tamamilə sağaldıqdan sonra vəzifəsinin icrasına davam edəcəyini bildirib: 

“Bütün şərtləri dəyərləndirdik. Hazırda olduqca yaxşıyam. Səhhətimdə ciddi dərəcədə qorxulu bir vəziyyət yoxdur. Gəzə və danışa bilirəm. Körpəmi qucağıma alıram və yoldaşımı qucaqlaya bilirəm, yəni, həqiqətən yaxşıyam”.