Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1098

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 870 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 287, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 369, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 83 nəfərdir.