Vaqif Cavadovu kim alacaq?

vaqif-cavadovu-kim-alacaq
Oxunma sayı: 655

Qol.Az-ın müxbiri ilə söhbətində «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib ki, Cavadov «Qəbələ»yə keçmək üçün müqaviləylə məxsus olduğu Hollandiyanın «Tvente» klubu ilə transfer məsələlərini yoluna qoymalıdır. «Biz yay fasiləsində ən azı bir azərbaycanlı futbolçuyla müqavilə bağlamaq istəyirik. Həmin futbolçu Vaqif Cavadov olmaya da bilər. Vaqif «Tvente»ylə danışıqlar aparmaq üçün iyunun sonları Hollandiyaya getməlidir. Baş məşqçimiz Toni Adams isə iyunun ortalarında bir azərbaycanlı futbolçuyla tam razılığa gəlinməsini istəyir. Əgər bu variantlar alınmasa, o zaman, heyətimizdəki hazırkı yerli futbolçular da bizi qane edir».