“Və oğlanla görüşmədiyindən, o, hamilə qalmadı...” - Kəpənək

ve-oglanla-gorusmediyinden-o-hamile-qalmadi-kepenek
Oxunma sayı: 770

Hamı tez bir zamanda yox olur, bir də gözünü açırsan ki,
Odu bax, – ev pişiyi qaçdı, bütün evdəkilər yatarkən,
Qadınlar isə bilmərrə, gizlicə və sakit qaçırlar,
Sanki təkər buraxır, dəlinin ağlı qaçan tək.
Budur, divarlar da yox oldu, planet uğuldadı,
ağılsız isti bədənlərlə yüz min otaqlı boşluğu doldurdu.
Qumdan düzəldilmiş qala uçdu, onu dalğalar batırdı,
Hamı tez bir zamanda yox olur;
yox olacaqsan sən də,
mənim ardımca.

Kimsə haradasa kəpənəyin zərif qanadlarını əzdi,
Və düşünmədi ki, bir gül haradasa onun qanadlarının tozunu gözləyir,
O solmuş gül isə, qıza hədiyyə edilmədi,
Və oğlanla görüşmədiyindən, o, hamilə qalmadı.
Və uşaq böyümədi, tibbin çırağı olmadı,
Və QİÇS əleyhinə ən sadə vaksin belə, kəşf edə bilmədi,
Və yoluxucu xəstəlik gəzir, insanlar isə donublar acizlikdə,
Çünki bir zaman o kəpənəyin zərif qanadlarını əzmişdilər.

Ölümsə başlayırdı bu düzəlməz, yaşıllıqlı dünyada:
Sadəcə, kimsə içdi, mənzildəki bütün qab-qacağı sındırdı,
Qızsa gəldi, və soruşdu, nə baş veribdi,
Və o dedi: bağışla, bilirsən, sadəcə, elə əsəbiləşirəm ki.
Qızın hıçqırtılarına, hönkürtülərinə, iniltilərinə dözə bilmədi,
O, güllərində maxaonlar yaşayan çəmənlərə getdi,
Gülün üzərinə qonmuş al-qırmızı kəpənəyi – qancığı tutdu,
Və tər naxışın üzərində, cəzalandırıcı əlini qaldırdı o.