Venesuela hökuməti ABŞ-nin həyata keçirdiyi hərbi zərbələrə cavab olaraq ölkədə hərbi səfərbərlik elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil-Pinto teleqram hesabında məlumat yayıb.
“Prezident Nikolas Maduro ABŞ-nin hərbi təcavüzünü qətiyyətlə pisləyib və milli müdafiə planlarının dərhal icra olunması barədə göstəriş verib. Dövlət başçısının imzaladığı fərmana əsasən, ölkə boyu səfərbərlik elan olunub”, – deyə o bildirib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ ordusunun Venesuelaya qarşı keçirdiyi hərbi əməliyyat zamanı amerikalı hərbçilər arasında itki olmadığı barədə məlumatlar yayılmışdı. Bundan başqa, yayılan son məlumatlarda Birləşmiş Ştatların prezident Nikolas Maduro və xanımını ələ keçirdiyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər