Vilayət Eyvazovdan Orxan Mansurzadə ilə bağlı əmr

vilayet-eyvazovdan-orxan-mansurzade-ile-bagli-emr
Oxunma sayı: 8632

Daxili İşlər naziri Vilayət Eyvazov qurumun Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadəni vəzifəsindən azad edib.

"Qafqazinfo" xəbər verir ki, nazirin digər əmri ilə O.Mansurzadə Yasamal Rayon Polis İdarəsinin rəisinin köməkçisi vəzifəsinə təyin olunub.

Məlumatı "Qafqazinfo"ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təsdiqləyib.

Bundan başqa, əldə etdiyimiz məlumata görə, DİN-in Mətbuat xidmətinin digər rəis müavini, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.