Vilayət Eyvazovdan yeni təyinat

vilayet-eyvazovdan-yeni-teyinat
Oxunma sayı: 15644

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Dövlət Yol Polisinə (DYP) yeni rəis təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu gətirilib.

O bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi polis mayoru Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.

Yunis Quliyev