Vladimir Makey dəfn olundu - Video + Fotolar

vladimir-makey-defn-olundu
Oxunma sayı: 4413

Noyabrın 26-sı qəfil dünyasını dəyişən Belarusun XİN rəhbəri Vladimir Makey bu gün Minskdə dəfn olunub.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, Makeylə vida mərasimində ölkə Prezidenti Aleksandr Lukaşenko, XİN və digər dövlət nümayəndələri iştirak edib. 

Xatırladaq ki, ölkə mediasında yer alan məlumata görə, 64 yaşlı Makey infarktdan dünyasını dəyişib. Bununla belə, media və sosial şəbəkələrdə XİN rəhbərinin sui-qəsd nəticəsində öldürüldüyü ilə bağlı şayiələr də dolaşır. Bununla belə, Belarus rəhbərliyi Makeyin hansı səbəbdən dünyasını dəyişməsi ilə bağlı hələ ki açıqlama yaymayıb.