“VOYAH” artıq Azərbaycanda! - Fotolar

voyah-artiq-azerbaycanda
Oxunma sayı: 3912

Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “Efendiler Group” tam-elektrikli və hibrid model sıralaması ilə diqqət çəkən “VOYAH” brendi ilə distribütorluq müqaviləsi imzalayıb.

Rəsmi olaraq “VOYAH Passion” “VOYAH Free” və “VOYAH Dream” modelləri ilə Azərbaycan bazarına daxil olmağa hazırlaşan şirkətlər qrupu, hazırki qeyri-rəsmi bazar qiymətlərindən daha sərfəli qiymətlər, rəsmi servis zəmanəti və Avropa bazarı təchizatına sahib avtomobillər təklif edir.

Tam şarj ilə 730 km-dək məsafə qət edə biləcəyiniz VOYAH avtomobilləri futuristik eksteryer elementləri və tam olaraq sizin maksimal komfortunuz üçün tənzimlənmiş interyerə sahibdir. Həm tam elektrikli, həm də hibrid modelləri ilə seçilən bu avtomobillər artıq bir neçə ildir ki, Almaniya, Norveç, İsveç və.s kimi elektrikləşdirilməyə önəm verən Avropa ölkələrində yüksək satış göstəriciləri göstərərək bir çox avtomobil həvəskarının rəğbətini qazanıb.

Avtomobillərin öncədən sifarişlərinə rəsmi olaraq START verilib!

Ətraflı məlumat üçün: (050) 535 77 77