Vüqar Gülməmmədov hesabat verir

vuqar-gulmemmedov-hesabat-verir
Oxunma sayı: 848

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı dinlənilir.

“Qafqazinfo” xəbər verir ki, Palatanın sədri Vüqar Gülməmmədov çıxışında hesabat ilinin uğurlu olduğunu bildirib. Palata sədri eyni zamanda, son hesabatın əvvəlki hesabatlarla müqayisədə məzmun baxımından xeyli fərqləndiyini söyləyib: 

“Hesabat ilində Palata tərəfindən respublika üzrə 12-si təhlil olmaqla 77, Naxçıvan Muxtar Respublikası üzrə 10-u təhlil olmaqla, 19 nəzarət işinin başlanılmasına qərar verilib

Ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib. Hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadəsi və digər pozuntular qeydə alınıb”.

Günel Türksoy