Wolt şirkəti Araz Supermarketlər şəbəkəsi ilə əməkdaşlıqda ərzaq çatdırılmasına başlayır

wolt-sirketi-araz-supermarketler-sebekesi-ile-emekdasliqda-erzaq-catdirilmasina-baslayir
Oxunma sayı: 1587

2 ilə yaxındır milli bazarda yemək çatdırılması kimi mövqeyini möhkəmlədən Wolt şirkəti xidmət diapazonunu artıraraq pərakəndə satış seqmentinə daxil olur. Belə ki, şəhərimizin sakinləri artıq Wolt tətbiqindən istifadə edərək Araz Supermarketlər şəbəkəsindən ərzaq məhsullarını sifariş edə bilərlər. Hazırda tətbiqdə supermarket şəbəkəsinin cəmi bir filialı aktiv olsa da, ən qısa zamanda daha böyük çatdırılma ərazisini əhatə etmək üzrə işlər görülməkdədir.

Araz Supermarketindən əlavə Wolt-da artıq bir çox başqa pərakəndə satış nöqtələri də mövcuddur. Müştərilər gül, kosmetika, oyuncaqlar və bir çox başqa əşyaları evə çatdırılma ilə sifariş edə bilərlər.

Wolt şirkətinin direktoru Fuad Babayev xidmət haqda danışıb: Bazarın tələblərini nəzərə alaraq biz xidmətimizi daimi təkmilləşdiririk və bunu etməklə müştərilərimizin rahatlığını təmin etməyə çalışırıq. Gördüyümüz odur ki, dükan məhsulların çatdırılmasına təlabat var və biz bu tələbatı yüksək səviyyədə qarşılamaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, bu ilin əvvəlindən Wolt tətbiqində artıq nağd sifariş etmək imkanı da mövcuddur. İstənilən nöqtəni və məhsulları seçmək kifayətdir. Ödənişi isə həm dərhal kredit kartı, həm də çatdırılma zamanı nağd pulla edə bilərsiniz.

Wolt haqqında ən son yenilikləri öyrənmək üçün sosial şəbəkələri izləyin:

Instagram: https://www.instagram.com/wolt.azerbaijan/

Facebook: https://www.facebook.com/wolt.azerbaijan/