Xaçmazın polis rəisi və 5 DYP əməkdaşı işdən çıxarıldı - Bu videoya görə

xacmazin-polis-reisi-ve-5-dyp-emekdasi-isden-cixarildi
Oxunma sayı: 16614

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

"Qafqazinfo" Oxu.Az-a istinadən xəbər verir ki, o, sərəncama götürülüb.

Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur. 

Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib. 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı.