Xalq artisti 27 il sonra Bakıda - Fotolar

xalq-artisti-27-il-sonra-bakida
Oxunma sayı: 655

İsraildə yaşayan Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Dina Tumarkin yubileyini Bakıda keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutan yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, millət vəkilləri, aktrisanın sənət dostları iştirak ediblər.

Tədbir “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə çıxış edən Dina Tumarkin Azərbaycanın onun üçün hər zaman əziz və doğma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 27 il sonra yubileyinin məhz Bakıda, uzun illər səhnəsində olduğu Dövlət Rus Dram Teatrında qeyd edilməsindən məmnunluq duyur.

Qonaqlar xalq artistinin həyat və fəaliyyətinə diqqət çəkərək onun ifasında olan rollar, oynadığı tamaşalar barədə xatirələrini danışıblar. Qeyd edilib ki, hələ SSRİ dövründə Azərbaycan teatr qrupları ilə birlikdə müxtəlif ölkələrdə olan aktrisa hər zaman öz təkrarolunmaz ifası ilə yaddaşlarda qalıb.

Qeyd edək ki, məşhur aktrisa Dina Tumarkin Odessada anadan olub. 1955-ci ildən başlayaraq onun həyat yolu Bakı ilə bağlı olub. Uzun illər Azərbaycan teatr səhnəsində fəaliyyət göstərib. 1990-cı ildə Tumarkin İsrailə köçsə də Bakı onun üçün hər zaman unudulmaz olaraq qalıb.