“Xameneinin oğlu yüngülçəkili siyasətçidir” - Tramp

xameneinin-oglu-yungulcekili-siyasetcidir
Oxunma sayı: 1502

ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə verdiyi müsahibəsində İranın gələcək siyasi taleyi və yeni ali liderin seçilməsi prosesi ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp İranın növbəti rəhbərinin müəyyənləşməsində rəsmi Vaşinqtonun həlledici rol oynayacağını bildirib.

O, bu prosesi Venesueladakı siyasi böhran zamanı tətbiq edilən modellə müqayisə edərək, ABŞ-nin maraqlarına cavab verməyən namizədi tanımayacağını vurğulayıb.

Ağ Ev rəhbəri qətlə yetirilmiş Ali Lider Əli Xameneinin oğlu Müctəba Xameneinin varislik ehtimalını qəbuledilməz adlandıraraq, onu “yüngülçəkili” siyasətçi kimi xarakterizə edib:

“O, yüngülçəkili siyasətçidir. Köhnə rejimin siyasətini davam etdirəcək hər hansı bir şəxsin hakimiyyətə gəlməsi Amerikanı “beş il ərzində” yenidən müharibəyə sürükləyə bilər. Onlar vaxtlarını boşa sərf edirlər, biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik”.

Prezident həmçinin Tehranın yeni rəhbərliyinin Vaşinqtonun təsdiqi olmadan legitimlik qazana bilməyəcəyinin anonsunu verib.

Xatırladaq ki, fevralın 28-də başlayan genişmiqyaslı əməliyyat nəticəsində indiyədək Ali Lider Seyid Əli Xamenei başda olmaqla, İranın bir çox yüksəkrütbəli hərbi rəsmisi zərərsizləşdirilib.