Xankəndi və Ağdərənin keçmiş qondarma “merləri” David Sarkisyan və Mişa Qürdcan Ermənistanda saxlanılıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.
Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da eyni ittihamla tutulub.