Xankəndidə etiraz aksiyası keçirilir - Video

xankendide-etiraz-aksiyasi-kecirilir
Oxunma sayı: 8130

Hazırda Xankəndi şəhərində yaşayan ermənilər Ermənistan rəhbərliyinə qarşı etiraz aksiyası keçirir.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Qarabağ separatçılarının təzyiqlərinə baxmayaraq ermənilər aksiyanı davam etdirir.

Qeyd edək ki, bir neçə gündür Ermənistan parlamentinin binası önündə ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar keçirilir. Aksiya iştirakçıları Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər. Aksiyanın bu gün də davam etdirilməsi planlaşdırılıb.