Xaricdən gətirilən 800 nəfər karantində saxlanılır

xaricden-getirilen-800-nefer-karantinde-saxlanilir
Oxunma sayı: 1650

"Xəstəliyi orta və ağır keçirənlərdən alınan plazmalar daha effektiv oldu".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, plazma köçürülməsi sayəsində həkimlərin sağalacağına ümidi olmadığı, müalicəyə cavab verməyən xəstələr sağalıb həyata döndü:

"Buna görə də plazma köçürülməsinə razılıq verən sağalmış şəxslərə təşəkkür edirik. Bu məsələdə maarifləndirmə gücləndirilməlidir ki, həmin şəxslər bu məsələdə könüllü maraqlı olsunlar.  Hazırda xaricdən gətirilən 800 nəfər karantində saxlanılır". 

Murad Əhməd