Xətaidə daha bir abad həyət istifadəyə verildi - Fotolar

xetaide-daha-bir-abad-heyet-istifadeye-verildi
Oxunma sayı: 1357

Xətai rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, aparılan abadlıq və yenidənqurma işləri nəticəsində təqribən 2000 nəfər sakinin yaşadığı Sarayeva küçəsi 13 ünvanında 1 hektar ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Görülən işlər çərçivəsində ətraf binaların fasadları və dam örtükləri əsaslı təmir edilib. Həyətdə yeni 4500 kv metrən çox sahəyə asfalt örtüyü salınıb, tamet daşlar və 3500 kv metr sahəyə yaşıl örtük çəkilib, yeni bardürlər qoyulub. Zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdirilmışdır. 500 ədəd dekorativ kol və ağac əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün su xətləri çəkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.