Xəyyam Səfixanov həbs edildi - Video

xeyyam-sefixanov-hebs-edildi
Oxunma sayı: 13543

Bakıda tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səfixanovun üzərinə baxış keçirilən zaman ondan 5,012 qram heroin, 0,072 qram metafetamin, 2,475 qram tramadol aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, X.Səfixanov bundan əvvəl 2017-ci ildə Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi.

Emin Səfərov