Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərləri ilə bağlı brifinq keçirib.
“Qafqazinfo” xəbər verir ki, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış ediblər.
Bundan başqa, brifinqdə səfirlər, attaşelər və digər diplomatik nümayəndələr iştirak ediblər.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər