Xırdalan və Qaraçuxura da metro xətti çəkiləcək

xirdalan-ve-qaracuxura-da-metro-xetti-cekilecek
Oxunma sayı: 6186

Bakının Qaraçuxur qəsəbəsinə və Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Planda Əsas Şəhər Mərkəzi (Mərkəzi Bakı) Bakı şəhərinin altı inzibati rayonunu və Qaraçuxur qəsəbəsinin ərazisini əhatə edir. Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir.

Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır.

Həmçinin, qəsəbə topoqrafik məhdudiyyətlərə görə şərq və cənub hissəyə bölündüyü üçün Mərkəzi Bakı ilə funksional əlaqələr üstünlük təşkil edir.

Planda, həmçinin 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur.