Bu gün saat 14:50 radələrində Bakı-Quba yolunun Xırdalandan keçən 11.2-ci kilometrliyində ağır yol qəzası baş verib.
“Qafqazinfo” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “Renault” markalı 99-SM-787 dövlət nömrə nişanlı avtomobil qadağan edilmiş yerdən yolu keçən piyadanı vurub.
Nəticədə 1947-ci il təvəllüdlü Məhəmməd Məmmədxan oğlu Süleymanov xəsarətlər alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər
Son Xəbərlər