Xırdalanda zavodda uçqun - Fotolar + Yenilənib

xirdalanda-zavodda-ucqun
Oxunma sayı: 9134

Abşeron rayonunda partlayış baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərindəki Yüngül Konstruksiyalar Zavodunda baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar olub.

***

Zavod fəaliyyət göstərmədiyindən onun ərazisində məcburi köçkün ailələri məskunlaşıbmış. İlkin məlumata əsasən, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq "Mitsubishi" və "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib.

Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yanğının qarşısı alınıb.

Abşeron RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq ərazidəki iki avtomobil zavodun çökən tavanının altında qalıb.