Xızıda dağlıq ərazidə baş verən yanğın söndürüldü - Yenilənib

xizida-dagliq-erazide-bas-veren-yangin-sonduruldu
Oxunma sayı: 1752

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.

Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

***

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə təqribən 300 ha sahədə quru ot və kol-kos yanıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub. Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdu.