“Xoş gördük, əyil, qulağına söz deyim, Şuşam” - Video

xos-gorduk-eyil-qulagina-soz-deyim-susam
Oxunma sayı: 2258

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Şuşaya yeni şeir həsr edib.

“Qafqazinfo” xəbər verir ki, şeir Anar Adil tərəfindən səsləndirilib.

Həmin şeiri təqdim edirik:

Xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

nə vaxtdı,

yad səslərdən yağır qulağına...

mən pambıq götürüm,

sənsə çöp götür,

enək İsa bulağına –

təmizləyək nisgilin,

28 bəlaya gəlmiş ilin!

...Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

da-rıx-mı-şam!..