Yanğın deyil, təlim imiş

yangin-deyil-telim-imis
Oxunma sayı: 2253

Bu gün günorta saatlarında Respublika Klinik Xəstəxanasında yanğın olması ilə bağlı məlumat yayılıb. Hadisə ilə bağlı TƏBİB və FHN birgə məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.

Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.