Yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı - Video + Yenilənib

yangin-qalaalti-hotelin-yaxinligina-catdi
Oxunma sayı: 8742

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzTV məlumat yayıb. 

Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır. 

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.

***

Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Qalaaltı” hotelin yaxınlığına çatan meşə yanğınlarının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb olunub. Onlardan 2-si hotelin ərazisindən, 3-ü isə hoteldən yuxarıdan yanğının söndürülməsinə çalışır.

Onun sözlərinə görə, bundan əlavə, yanğının söndürülməsinə 1 helikopter və amfibiya təyyarə cəlb olunub: “Amma hotel üçün hələ ki təhlükə yoxdur. Əgər təhlükə olarsa, konkret addımlar atılacaq”.

Gülnar Əliyeva