“Yarış bitdi, artıq ümidimiz yoxdur” - Tomas Tuhel

yaris-bitdi-artiq-umidimiz-yoxdur
Oxunma sayı: 2002

“Yarış bitdi, artıq ümidimiz və deyəcək bir şeyimiz yoxdur. “Bayer”i təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu  sözləri “Bavariya”nın baş məşqçisi Tomas Tuhel Bundesliqada Dortmund “Borussiya”sına evdə 0:2 hesabı ilə uduzduğu oyundan sonra deyib. 

Təcrübəli çalışdırıcı çempionluq yarışının onlar üçün bitdiyini etiraf edib: “Bayer” (Leverkuzen) son dəqiqələrdə “Hoffenhaym”dan 3 xal qazandı. Leverkuzen çempionluq uğrunda mübarizə aparır. Artıq bizim edəcək bir şeyimiz yoxdur”.

Qeyd edək ki, Xabi Alonsonun komandası ən yaxın rəqibi “Bavariya” ilə xal fərqini 7 həftə qalmış 13-ə çatdırıb.

“Bayer” (Leverkuzen) daha 3 matçda qalib gələrsə, rəqibinin nəticələrindən asılı olmayaraq çempionluğunu elan edəcək.