“Yaşamağım üçün qan verərəsən?” - Aksiya

yasamagim-ucun-qan-vereresen-aksiya-
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqəli olaraq keçirilən aksiyada Azərbaycan və 100-ə yaxın gürcüstanlı gənc qan verib. Saat 12:00-dan 17:00-a qədər davam edən qanvermə aksiyasına 14:00-da “Dalğa” Gənclər Hərəkatı da qoşulub. “Dalğa”çılar qanverməyə “Səndən ötrü can verməyə cümlə hazırız...” şüarı ilə qoşulublar.
Toplanan qanlar yaxın günlər ərzində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində təmənnasız istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyası “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı altında, gənclərin təşəbbüsü ilə keçirilib.

Fatimə Kərimli