Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi

yasamalda-binaya-ates-acan-sexs-qacarken-qeza-toretdi
Oxunma sayı: 7635

Bakıda ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 11-i gecə saat 12 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.

Belə ki, həmin binada yaşayan Ağdam rayon sakini İxtiyar adlı usta Binəqədi rayon sakini Etibar Əlizadənin avtomobilini təmir edib. Dünən E. Əlizadə maşını düzgün düzəltmədiyini deyərək ustanın arxasınca yaşadığı əraziyə gəlib. Orada onun qarşısına İxtiyarın qardaşının xanımı çıxıb. E. Əlizadə qadının üzərinə gedərək İxtiyarın maşını düzəltməsini tələb edib və onların evinə tərəf atəş açıb.

Əvvəllər də məhkum olunmuş E. Əlizadə hadisə yerinə qardaşına məxsus “Chevrolet” markalı avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra idarəetməni itirərək qəza törədib. E.Əlizadə polis əməkdaşları tərəfindən saxlanılıb və üzərində atəş açdığı tapança və 7 patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, sözügedən binada bir çox məcburi köçkün dövlət tərəfindən məskunlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd