“Yaşıl kart” üzrə son 6 ay ərzində yığılan sığorta haqqı açıqlandı

yasil-kart-uzre-son-6-ay-erzinde-yigilan-sigorta-haqqi-aciqlandi
Oxunma sayı: 1646

2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilib və 1,066,243.00 manat sığorta haqqı toplanıb.

İcbari Sığorta Bürosundan "Qafqazinfo"ya daxil olan məlumata görə, 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 1,237,159.00 manat sığorta haqqı toplanıb.

6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir. Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.

Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olub. Bundan əlavə, 2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498,353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258,696.47 manat sığorta ödənişi həyata keçirilib. 2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil edib.