Yaşıllıqlara ziyan vuran obyekt sahibi 5 min cərimələndi

yasilliqlara-ziyan-vuran-obyekt-sahibi-5-min-cerimelendi
Oxunma sayı: 1196

Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb. Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı nazirliyin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən  obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub. 

“Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”.

Gülnar Əliyeva